Qubernatorun oğlu qaçaqmalçılıqda ittiham edilir

19:20 20.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Krasnoyarsk diyarının qubernatoru Artem Ussun oğlunu Venesuelanın PDVSA şirkətinə qaçaqmalçılıq yolu ilə neft keçirməkdə şübhəli bilir. Hafta.az bildirir ki, bu barədə RİA Novosti agentliyin sərəncamında olan ittiham aktına istinadən xəbər verir.

Sənədə əsasən, müttəhimlər Yuri Orexov və Artem Uss şərikləri ilə birlikdə “Rusiyanın alüminium şirkəti” və Çinin ən böyük dövlət neft, qaz və neft-kimya konqlomeratı üçün PDVSA sanksiyaları çərçivəsində neft qaçaqmalçılığı ilə məşğul olublar.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi 5 Rusiya vətəndaşını, o cümlədən Krasnoyarsk diyarının qubernatoru Artem Ussun oğlunu sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham etmişdi.

İş üzrə digər təqsirləndirilən şəxslər Svetlana Kuzurqaşeva, Timofey Teleqin, Sergey Tyulyakov, həmçinin Xuan Fernando Serrano Ponse və Xuan Karlos Soto olub.

Həmçinin, Rusiyanın Romadakı səfirliyi Artem Ussun Milanda saxlanması barədə məlumat yayıb. ABŞ ay yarım ərzində iş materiallarını İtaliyaya təhvil verməlidir.