İranın Sistan-Bəlucistan əyalətində son üç gündə toz fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib.
Hafta.az-ın yazdığına görə, İran mətbuatında yer alan xəbərlərə deyilir ki, qum fırtınası Sistan-Bəlucistan əyalətində təsirli olub. Zabul, Zehek, Hamun, Hirmənd və Nimruz əyalətlərində toz fırtınasının apardığı toz-torpaq səbəbindən son üç gündə 330 nəfər xəstəxanalara müraciət edib.
Xəstəxanalara çatdırılan 273 nəfərin müalicəsi başa çatdırılaraq evə buraxılıb. Əksəriyyəti yaşlı və tənəffüs yolu xəstəlikləri olan 57 nəfərin müalicəsi davam etdirilir.
Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi narahatlığı artıran açıqlama verib. Mollaşahi əyalətin şimal bölgələrində toz fırtınalarının bazar ertəsinə qədər davam edəcəyini açıqlayıb. Həmçinin bu müddət ərzində küləyin sürətinin saatda 100 kilometrə çata biləcəyi təxmin edilir.
Toz fırtınası davam edəcəyi üçün İran rəsmiləri xəbərdarlıq edib ki, ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlar zərurət olmadıqca evlərindən çıxmasınlar.