Quzanlıda fərdi yaşayış evlərinin təmirinə başlanılır

12:46 25.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonun Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri işləri həyata keçiriləcək.

Hafta.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti (RİH) tender elan edib və qalib "FEB-222 TİXS" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

RİH qalib şirkətlə 164.436,54 manat dəyərində müqavilə bağlayıb.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi mühəndis İlkin Aslanovdur. Əlaqə vasitəsi isə belədir: [email protected]; 0263250006