Yaponiyada bir restoranda zəncəfil dolu ümumi özünün yemək yediyi çubuqlarını salan iki nəfər saxlanılıb.
Hafta.az-ın "The Japan Times"ə istinadən yazdığına görə, saxlanılanların 34 yaşlı Toşihide Oka və 35 yaşlı Ryu Şimazu olduğu öyrənilib.
Hadisə ölkənin tanınmış "Gyūdon" şəbəkəsi "Yoshinoya" tərəfindən idarə olunan Osakadakı bir restoranda baş verib.
Bizim dildə "mal əti kasası" mənasını verən "Gyūdon" Yaponiyanın ən məşhur yeməklərindən biridir. Düyü üzərində ədviyyatlı mal əti və soğandan ibarət yemək süfrəyə adətən turşu zəncəfillə verilir. Bununla belə, zəncəfil turşusu olan qablar ümumiyyətlə ümumi istifadə olunur. Gigiyenanı təmin etmək üçün müştərilər bu qablardakı turşuları öz çubuqları ilə deyil, xüsusi çubuqlarla götürüb öz boşqabına aparmalıdırlar.
Oka və Şimazu öz çubuqlarını turşu zəncəfil qabına batırdılar. Belə ki, ikili restoranın xidmətinə mane olmaqda ittiham olunur.
"The Japan Times"ın araşdırmasına əsasən, ikilinin bunu məqsədli şəkildə etdiyi üzə çıxıb. Çünki Şimazu çubuqları zəncəfil qabına batırarkən Oka onun fotosunu çəkib.
Görüntülər sosial şəbəkələrdə paylaşılaraq səs-küyə səbəb olub və bundan sonra Yaponiya polisi hərəkətə keçib.
Şimazunun "İnsanları güldürmək istədim" dediyi, Oka isə "Şimazuya gülməli bir şey etməsini söylədim. Gülməli olduğunu düşündüyüm üçün hər kəsə göstərmək istədim" dediyi bildirilib.
Ədliyyə Nazirliyi ikilini əmlaka ziyan vurmaqda ittihamlayıb. Çünki bu hadisədən sonra Osakadakı restoran müvəqqəti bağlanıb və qablarındakı bütün zəncəfil turşularını dəyişdirilib.
Ölkə daxilində 1000-ə yaxın restoranı idarə edən firmanın sözçüsü deyib: "Bu xəbərin müştərilər arasında narahatlıq və təşvişə səbəb olması və ümumiyyətlə çöldə yemək təhlükəsizliyini şübhə altına alması həqiqətən təəssüf doğurur. Səmimi qəlbdən ümid edirik ki, bu bir daha təkrarlanmayacaq".