Rezidenturaya sənəd verənlərin sayı açıqlanıb

11:22 04.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən xəbərə görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün 2022-ci il aprelin 25-dən mayın 5-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzin internet saytında “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

4 may saat 10:00-a olan məlumata əsasən, 1476 namizəd (Azərbaycan bölməsi - 1212; rus bölməsi – 264) imtahana yazılıb.