Roma papası xəstəxanaya yerləşdirildi

23:36 29.03.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.

Hafta.az xəbər verir ki, bu barədə onun sözçüsü Matteo Bruni məlumat yayıb.

Papanın yoxlama üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.

86 yaşlı Fransisk bu gün həftəlik ümumi yoxlamada iştirak edib və sağlam görünüb.