Rubl sürətlə dəyərdən düşür

12:18 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 7,5 faiz səviyyəsində saxlamaq qərarından sonra dollar və avronun məzənnəsinin düşməsi bazarda güclü siqnal kimi qəbul edilib”. Rusiyanın ən böyük özəl bankı olan Alfa Bankın baş iqtisadçısı Nataliya Orlova belə hesab edir.

Hafta.az-ın Lenta.ru-ya istinadən yazdığına görə, Natalya Orlova bildirib ki, faizləri azaltmamaq qərarı Mərkəzi Bankın inflyasiya ilə mübarizəyə kökləndiyini göstərir.

Bu qərardan sonra dolların məzənnəsinin 80 rublun, avronun isə 87 rublun altına düşdüyünə diqqət çəkən Orlova, “Düşünürəm ki, dolların kursu önümüzdəki iki ayda 80 rubla lövbər salacaq. Çünki indiki şəraitdə dolların məzənnəsi çox məqbul görünür. Digər tərəfdən, sanksiyalarla bağlı risklər tam olaraq gündəmdən çıxmayıb, ona görə də ümumi vəziyyət çox da proqnozlaşdırıla bilən deyil” deyib.

Rusiya Mərkəzi Bankı aprelin 28-də ardıcıl beşinci dəfə uçot dərəcəsini 7,5 faiz səviyyəsində saxlamağa qərar verib. Mərkəzi Bank 2023-cü il üçün inflyasiya proqnozunu 5-7 faizdən 4,5-6,5 faizə endirib.

Dollar həftəsonuna 80-81 rubl bandında daxil olub.