Rus əsgərləri evə qayıtmaq üçün BU ÜSULA ƏL ATDILAR - ÖZLƏRİNİ...

17:38 18.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Təhlükəsizlik Xidməti, gündəmə bomba kimi düşən iddia ilə çıxış edib. Bir rus əsgərinin anası ilə telefon danışığını lentə aldığını bildirən xidmət, rus əsgərlərinin evə qayıtmaq üçün Ukrayna güllələri ilə ayaqlarına atəş açdığını iddia edib.

Hafta.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti Ukraynadakı rus əsgərlərinin evə qayıtmaq üçün ayaqlarına atəş açdığını açıqlayıb.

İddiasını əldə edilən telefon danışıqlarına əsaslandıran Ukrayna Təhlükəsizlik Xidməti iki ordunun fərqli güllələrdən istifadə etdiyini, buna görə də rus əsgərlərinin Ukrayna sursatlarını ələ keçirməyə çalışdığını vurğulayıb.

İngilis Daily Mail-də çıxan xəbərə görə, bir rus əsgəri telefon danışığında anasına bölməsinin istifadə etdiyi Rusiya AK-74-lərində 5,62 mm-lik güllə əvəzinə Ukrayna ordusunun 7,62 gülləsini tapmaq istədiyini bildirib.

Rusiya ordusu cəbhədən qaçan və ya özünü xidmətə yararsız hala salan əsgərlərə ağır cəzalar tətbiq edir. Bu səbəbdən əsgərlərin Ukrayna hücumunda yaralandıqlarına komandirlərini inandırmaq üçün 7,62 güllə ilə ayaqlarından atəş açdıqları bildirilir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) indiyədək qarşıdurmada ən azı 7 min rus əsgərinin öldüyünü və 14 ilə 21 min arasında əsgərin yaralandığını təxmin edir. Bu o deməkdir ki, Ukraynadakı Rusiya ordusunun hər 5-dən 1-i müharibədən kənarda qalıb.

Rusiya Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” adlandırdığı bu işğalda 498 əsgərin öldürüldüyünü açıqlayıb. Lakin bu məlumat 2 mart tarixinə aiddir və o vaxtdan bəri heç vaxt yenilənməyib.