Yazını böyüt
Yazını kiçilt
Ruslar ABŞ-ı səyahət üçün ən təhlükəli ölkə hesab edirlər. "Ozon Travel"in Renaissance sığorta şirkəti ilə birgə keçirdiyi sorğuda iştirakçıların yüzdə 53-ü bu fikri bildirib.
Hafta.az-ın yazdığına görə, ikinci və üçüncü yerlərdə 49 faizlə Fransa, 48 faizlə Meksika qərarlaşıb və onları da yaxın faizlərlə Hindistan və Tunis izləyir. Türkiyə isə siyahıda 45 faizlə 6-cı yerdə qərarlaşıb.
Rusiyalı turistlərin fikrincə, səyahət üçün ən təhlükəsiz ölkələr Maldiv adaları (71 faiz), Seyşel adaları (68 faiz), Birləşmiş Ərəb Əmirlikləri (68 faiz) və Çindir (65 faiz).
Sorğuda respondentlərdən səyahət zamanı nədən qorxduqları da soruşulub. Birinci yerdə 28 faizlə viruslar var. Bunu yüzdə 21 ilə evə qayıtmaq çətinliyi izləyib.