“Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək” - Lavrov

21:00 23.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Rusiya ABŞ-ın rus şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək”.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qatarlı həmkarı Məhəmməd ibn Əbdürrəhman Əl- Sani ilə Moskvada görüşü zamanı bildirib.

XİN rəhbəri mətbuat konfransında ABŞ-ın bəzi Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı sanksiya tətbiq etmə qərarını dəyərləndirib:

“ABŞ uzun müddətdir ölkəmizə qarşı düşmənçilik siyasəti aparır, buna cavab veriləcək. Bu addımlar ABŞ-ın başqalarına öz qaydalarını tətbiq etməyə davam edəcəyini göstərir”.