Rusiya bazarlarında meyvələr sərt bahalaşıb

09:10 25.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son bir ildə Rusiyada faraş meyvə və qozfındığın qiyməti xeyli bahalaşıb.

Hafta.az-ın “Novıe İzvestiya”ya istinadən yazdığına görə, ötən illə müqayisədə iyun ayında moruq və gilas ən çox - 16 faiz bahalaşıb. Belə ki, moruğun kiloqramı orta hesabla 783 rubla (15,30 manat), alçanın kiloqramı isə 486 rubla (10 manat) satılır.

Çiyələklərin qiyməti 15 faiz artaraq 551 rubl (11 manat) olub. Böyürtkən və qarağatın qiyməti 12 faiz artaraq 996 (20 manat) və 563 rubl (11 manat) olub.

Albalı 12 faiz artımla 509 rubla (10 manat), qaragilə isə 1 faiz bahalaşaraq 988 rubla (20 manat) satılır.

Bildirilir ki, ölkədə yaşanan şaxtalarla yanaşı, bu meyvələrin 90 faizinin xaricdən gətirilməsi də qiymət artımına səbəb olur.