Rusiya Belarusda teraktlar planlaşdırır - İDDİA

18:35 24.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna kəşfiyyatçılarının sözlərinə görə, Kreml Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Belarusun Mozır şəhərində yaşayış binalarını partlatmağı planlaşdırır.

Hafta.az  xəbər verir ki, “Ukrainskaya pravda” bu haqda Ukrayna Kəşfiyyat Baş İdarəsindəki mənbələrinə istinadla məlumat yayıb.

“Alınan məlumatlara görə, Rusiya Federasiyası infrastruktur obyektlərinə və mülki əhaliyə qarşı bir sıra təxribatlar vasitəsilə Belarusu Ukrayna ilə hərbi münaqişəyə cəlb etməyə çalışacaq. Bunun üçün təxribat qrupları artıq mülki şəxslər adı altında Mozır şəhərinə gəlib. Məlumdur ki, bu qruplaşmaların planlarına Belarus ərazisində silsilə terror aktları təşkil etmək daxildir...

Rusiya "QRU"(Orduda Baş Kəşfiyyat İdarəsi-S.L.) Mozır neft emalı zavoduna, mülki infrastruktura və yaşayış məntəqələrinə bir sıra artilleriya və raket zərbələri endirməyi planlaşdırır. Atışma zamanı yaşayış binaları, xəstəxanalar və məktəblər əlavə olaraq partladılacaq”.

Ukrayna kəşfiyyatçıları bildirirlər ki, Belarusa gələn rus qrupları arasında Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin kadr əməkdaşları, Priqojin və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun nəzarətində olan özəl hərbi şirkətlərin muzdluları var.

Oxunma sayı 252