Rusiya bir gündə Ukraynaya 100 MİLYON DOLLARLIQ RAKET ATDI

18:50 03.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Avqustun 2-də işğalçıların Ukraynaya 8 "X-101 (X-555)" raketi atması Rusiyaya təxminən 100 milyon dollara başa gəlib.

Hafta.az xəbər verir ki, bu haqda  "Forbes Ukraine" Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenkonun "Tvitter"dəki paylaşımına istinadla yazıb.

"Putinin cinayətkar müharibəsi Rusiyanı gələcəyinə sərmayə qoymaq əvəzinə rusları yoxsulluğa məhkum edir. Rusiyalıların öz korrupsioner liderlərinin portretləri ilə yürüşü dayandırıb suallar verməyə başlamasının vaxtı çatmayıbmı?"

“Forbes Ukraine”nin məlumatına görə, "X-101" raketinin qiyməti 13 milyon dollar, “Kalibr” – 6,5 milyon dollar, “İskəndər” – 3 milyon dollar, "Oniks" – 1,25 milyon dollar, "X-22" – 1 milyon dollar, "Toçka-U" – 0,3 milyon dollardır.

Beləliklə, ruslar yalnız dünən Ukraynaya 91 milyon dollar dəyərində (7 x 13 mln. dolar) qanadlı raketlər atıblar.

Xatırladılır ki, avqustun 2-də axşam saatlarında Rusiya Ukrayna ərazisinə 8 raket atıb, onlardan 7-si hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Oxunma sayı 170