Rusiya Federasiyasının Smolensk Vilayət Dumasının deputatı Vladislav Jivitsa Polşanın paytaxtı Varşavaya qaçaraq vilayətin müstəqillik hərəkatının yaradıldığını elan edib.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə “İdeal.Realiyi” nəşri yazıb.
Vladislav Jivitsa Varşavada Belarus Evində keçirdiyi mətbuat konfransında çıxış edərək,"gələcək azad Belarus və əraziləri əvvəllər Litva Böyük Hersoqluğu və Reç Pospolitanın tərkibində olmuş digər ölkələrlə sıx ittifaqda müstəqil Smolensk dövlətçiliyinin bərpasını elan edib.
Jivitsa Rusiyada regional parlamentin yeganə hazırkı deputatıdır ki, öz vilayətinin müstəqilliyi üçün açıq çıxış edib.
Mətbuat konfransı keçirən Belarus Müxalifətinin Koordinasiya Şurasının üzvü Yan Rudyk bildirib ki, “Smolensk Belarus torpağıdır və bütün Belarus kimi bu gün də tarixi fəlakətə görə Moskvanın işğalı altındadır”.
Rusiyalı deputat Jivitsinin sözlərinə görə, növbəti addımlardan biri Ukrayna tərəfində vuruşan Belarusun Kalinovski alayının tərkibində Smolensk Respublikasının müstəqilliyi tərəfdarlarından ibarət döyüş bölməsinin yaradılması olacaq.
Mətbuat konfransından sonra Vladislav Jivitsa “İdel.Realiyi”nin müxbirinə bildirib ki, onun Smolenskdəki qanuni nümayəndəsinə “FSB”-dən zəng gəlib və deputata qarşı cinayət işinin başlanmasının çox gecikməyəcəyini deyib.
Xatırladaq ki, Ukrayna Ordusunun Baş Kəşfiyyat İradəsi Rusiya elitasının nümayəndələrinin Ukrayna kəşfiyyatı ilə əlaqə saxlamağa hazır olduğunu bildirib. Davam edən daxili rəqabət, üstünlüklər və vəzifələr uğrunda mübarizə gedir.