Rusiya döyüş təyyarələrinin istehsalını ikiqat artırır

10:30 12.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərbin ağır sanksiyalarına baxmayaraq, Rusiya döyüş təyyarələrinin istehsalını iki dəfə artırıb.

Hafta.az-ın “Rossiya 24” televiziyasına istinadən yazdığına görə, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostec”in direktor müavini Vladimir Artyakov Ukraynaya qarşı müharibədə istifadə edilən döyüş təyyarələrinin istehsalını iki dəfə artırdıqlarını bildirib. İstehsalı artırılan təyyarələr arasında Su-30, Su-34 və Su-35 kimi ən müasir modellər var.

Bu modellərin cəbhə xəttində təsirli olduğunu vurğulayan “Rostec”in direktor müavini, “Biz istehsal həcmini daha da artırmağa hazırıq. Hər şey Müdafiə Nazirliyinin bizdən nə istəməsindən asılıdır” deyib.

“Rostec” müəssisələrinin hökumətin sifarişlərini tam yerinə yetirdiyini qeyd edən Artyakov, “Bəzi maddələr üçün çatdırılma təkcə vaxtında deyil, həm də kəmiyyət baxımından qabaqdadır. Bunlar ilk növbədə zirehli texnika və artilleriyadır. Biz istehsalı xeyli modernləşdirmişik, eləcə də mütəxəssisləri, o cümlədən bu istehsalatda çalışanları hazırlamışıq” deyə bildirib.