Rusiya əhalisi hər il yarım milyon nəfər azalır

12:00 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ali İqtisadiyyat Məktəbi – VSE-nin ekspertləri bəyan ediblər ki, Rusiya öz əhalisini saxlamaq üçün 80 il ərzində hər il xaricdən ən azı 390 min immiqrant qəbul etməlidir. Mütəxəssislərin hazırladığı bədbin ssenaridə bu say 1,1 milyona çatır.

Hafta.az-ın yazır ki, əks halda, VSE Demoqrafiya İnstitutunun araşdırmasına görə, Rusiya əhalisinin azalmağa davam edəcəyi qaçılmazdır. Pessimist ssenariyə görə, Rusiya heç bir mühacir qəbul etməsə, 2100-cü ilə qədər əhalinin sayı 67 milyon nəfərədək azalacaq.

Rusiya əhalisi 2018-ci ildən bəri azalır. 2022-ci ildə əhalinin sayı 533 min nəfər azalaraq 146 milyon 45 min nəfərə geriləyib. Sosioloqlar və demoqraflar uzun müddətdir ki, əhali problemini həll etmək üçün immiqrasiya siyasətini genişləndirməyə çağırıblar.

Bununla belə, yüksək rütbəli Rusiya rəsmiləri siyasətin əksinə sərtləşəcəyinə dair siqnallar verməkdə davam edirlər. Hətta komitə sədri Bastrikin əcnəbi işçiləri işə götürən şirkətlərə qoyulan vergilərin artırılmasına çağırıb.