Yazını böyüt
Yazını kiçilt
Rusiyada Ramazan ayının gəlişi ilə bağlı dünən qılınan namazla bu gündən orucluğa start verilib.
Hafta.az-ın yazdığına görə, amma Rusiya müsəlmanları builki Ramazanı özünəməxsus şüarla qarşılayırlar. Rusiya Müftülər Şurasının sədri Ravil Gaynutdin bildirib ki, bu il Federasiya ərazisində İslam tarixinin çox əlamətdar ildönümüdür və yubiley olaraq 1100-cü Ramazanı qarşılayırlar. Fikrini davam etdirən Gaynutdin qeyd edib ki, İslam Rusiya ərazisinə 922-ci ildə yayılıb. Həmin il ərazisi Volqa (İdil) çayı boyunca yayılmış İdil Bulqar Xanlığı İslamı rəsmən qəbul edib.
"On bir əsr öncə, dövrünün Avropanın ən böyük dövlətlərindən sayılan Xanlıq, özünü İslam dünyasının bir parçası elan etdi. Bizlər isə 922-ci ildə və daha əvvəllər İslamı qəbul edənlərin nəvələriyik", - Rusiyanın Baş Müftüsü deyib.