Rusiya nümayəndə heyətinin əksəriyyəti BMT-nin sessiyasına viza almayıb

19:52 11.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya nümayəndə heyətinin əksəriyyəti informasiya-kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizə üzrə hərtərəfli beynəlxalq konvensiyanın hazırlanması üzrə BMT-nin xüsusi komitəsinin sessiyasında iştirak etmək üçün viza almayıb. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Ernest Çernuxin məlumat verib.

Viza almayan ruslar arasında Ədliyyə Nazirliyi, Baş Prokurorluq, İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin nümayəndələri də var. Çernuxinin sözlərinə görə, Moskva bu vəziyyəti Rusiyaya siyasi təzyiq və demokratik razılaşmalara maneə kimi görür.

“Bu baxımdan, Avstriya Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahının yerləşdiyi ölkələrdən biri kimi Avstriya Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında 1995-ci il tarixli saziş əsasında üzərinə götürdüyü öhdəlikləri pozur”, - Çernuxin əlavə edib.