Ukraynanın Donetsk vilayətinin Nyu-York kəndinə Rusiyanın hava hücumu nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, bir gün əvvəl ruslar Toretsk ərazi icmasına çoxsaylı hücumlar edib.
“Nyu-Yorka düşmən 3 avia-bomba atıb – 4 nəfər həlak olub, 3 nəfər yaralanıb, 16 ev və inzibati binaya ziyan dəyib”, - o deyib.
Kirilenko xatırladıb ki, dünən düşmən eyni terror qruplaşmasının Drujba kəndinə də zərbə endirib, nəticədə 2 uşaq ölüb, 1 nəfər yaralanıb.
Bundan əlavə, ruslar “S-300” raketləri ilə Kramatorsk şəhərinə hücum edərək bir müəssisəni vurublar.
Ümumilikdə sutka ərzində Rusiyanın təcavüzündən Donetsk vilayətində 6 sakin ölüb, 5 nəfər isə yaralanıb.