Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır.
Hafta.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Rusiya qüvvələri hazırda 20 mil uzaqdadır və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”, o, stansiyanın adını çəkmədən deyib.
Energoatom-un məlumatına görə, enerji istehsalı baxımından Ukraynanın ikinci ən böyük nüvə obyekti Ukraynanın cənubundakı Nikolayev vilayətindəki Cənubi Ukrayna Atom Elektrik Stansiyasıdır.
“Prezident Putin bu müharibəyə son qoymaqla humanitar fəlakəti dayandırmalıdır”, - səfir əlavə edib.
Tomas-Qrinfild, Ukraynada yerli vaxtla cümə günü səhər tezdən Zaporojye atom elektrik stansiyasında Rusiya qoşunlarının ərazini atəşə tutması nəticəsində baş vermiş yanğına istinad edərək, dünən axşam baş vermiş "təxminən qarşısı alınmış" fəlakətdən sonra qaçılmaz təhlükənin qaldığını söyləyib.
"Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır. Və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır və biz onları ruhdan salmamalıyıq" - o deyib.