Yazını böyüt
Yazını kiçilt
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ilhaq edilmiş dörd regionda hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Rusiya Federasiyasının sərhədlərinin tamamilə bağlanması planlaşdırılmır.
Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib ki, “dünyada vəziyyət dinamik şəkildə dəyişir, o cümlədən miqrasiya sahəsində, ona görə də bütün dəyişikliklərə operativ reaksiya vermək lazımdır”. Onun fikrincə, yeni reallıqlarda miqrasiya siyasətinin hazırkı konsepsiyası “tənzimləmək lazımdır”.