Hollandiyadakı dəniz infrastrukturu operatorları Şimal dənizində enerji obyektlərinin xəritəsini çıxarmağa çalışan Rusiya gəmisinin aşkarlanmasından sonra təhlükəsizlik və “davamlılıq” tədbirlərini gücləndirməlidir. Hafta.az Financial Times-a istinadən xəbər verir ki, bu barədə Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (MIVD) hesabatında deyilir.
Sənəddə iddia edilir ki, Rusiya Şimal dənizində sualtı kabellərin, külək stansiyalarının və qaz kəmərlərinin “casusluğu, habelə pozulma və təxribat əməliyyatlarına hazırlıqları göstərən fəaliyyətləri” gücləndirib.
MİVD-nin rəhbəri general Yan Svillensin sözlərinə görə, gəmi “son ayların birində” aşkar edilib. Onun fəaliyyəti gəmini müşayiət edən Hollandiya donanması və sahil mühafizəsi tərəfindən dayandırılıb. Eyni zamanda, generalın sözlərinə görə, gəminin manevrləri “onun zədələnməyə və təxribata hazırlaşdığını göstərirdi”.