Rusiya-Ukrayna rəsmiləri bu tarixdə görüşəcək

21:29 05.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq.

Bu barədə Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya özünün  tvitter hesabında yazıb.

Bundan əvvəl tərəflər Belarusda iki dəfə görüşüb.

Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.

“Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - deyə o bildirib.