Rusiya Ukraynanı qabaqladı - HÜCUMA KEÇDİ

20:14 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynada hücumlarını genişləndirib. Halbu ki, hər kəs Ukraynanın əks-hücuma keçəcəyini gözləyirdi.

"Texnika və canlı qüvvədə çoxsaylı itkilərə baxmayaraq, düşmən işğalçılıq müharibəsindən əl çəkmir. O, əsas səylərini Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəltməkdə davam edir - düşmənin 20-dən çox hücumu dəf edilib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam xülasəsində deyilir.

Baş Qərargahdan verilən məlumata görə, Avdiivka və Maryinka uğrunda ən qızğın döyüşlər davam edir. Həmçinin məlumat verilib:

Limanski istiqamətində gün ərzində düşmən Makeevka, Çervonopopovka və Beloqorovka yaşayış məntəqələri yaxınlığında uğursuz hücum əməliyyatları keçirib;

Baxmut istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir, Baxmut şəhərini tam nəzarət altına almağa çalışır, döyüşlər davam edir; Boqdanovka və Xromovoe yaxınlığında ruslar tərəfindən uğursuz hücum əməliyyatları həyata keçirilib;

Avdeevka və Maryinski istiqamətlərində düşmən Donetsk vilayətinin Avdeevka, Severnoye, Nevelskoye və Maryinka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları aparsa da, uğurlu alınmayıb.

Baş Qərargah qeyd edib ki, Zaporojye və Xerson istiqamətlərində Rusiya Federasiyası müdafiə əməliyyatlarını davam etdirir.