Rusiya vətəndaşlarının 170 milyard dollar ipoteka borcu var

09:10 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının ipoteka krediti borcu may ayında 15,1 trilyon rubla və ya 170 milyard dollara çataraq yeni rekorda imza atıb. Aprel ayı ilə müqayisədə ümumi borcun artım həcmi 2,3 faiz olaraq hesablanıb.

Hafta.az-ın yazdığına görə, Rusiya Mərkəzi Bankı mayda bankların ümumi dəyəri 580 milyard rubl olan 158 min yeni ipoteka krediti verdiyini açıqlayıb. Verilmiş kreditlərin illik artım həcmi 21,4 faiz təşkil edir.

Mərkəzi Bank həmçinin ipoteka krediti borclarının vətəndaşların ümumi borclarına nisbətinin 52,2 faiz olduğunu açıqlayıb.

İpoteka krediti faiz dərəcəsi may ayı sonu etibarilə orta çəkili yüzdə 8,4 təşkil edir. Mərkəzi Bankın pul siyasəti faizi 7,5 faizdir.