Rusiyada 11 milyona yaxın insan ayda 100 min rubl qazanır

11:50 15.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən il Rusiyada orta aylıq gəliri 100 min rubldan çox olan insanların sayı 2021-ci illə müqayisədə 30 faizdən çox artaraq 10,9 milyon nəfərə çatıb. Bu da bütün işlək əhalinin 7,4 faizi deməkdir.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən ayzdığına görə, bu vəziyyət əməkhaqqının artırılması, işçi qüvvəsi və xüsusilə də ixtisaslı kadr çatışmazlığı səbəbindən əsgərlərin yüksək maaş alması ilə əlaqələndirilir.

FinExpertiza şirkətinin məlumatına görə, Rusiyada əhalinin 7,2 faizinin aylıq gəliri 75-100 min, 8,1 faizi 60-75 min, 13,5 faizi 40-65 min, 27,4 faizi 27-45 min rubl səviyyəsindədir. .

Digər tərəfdən, ekspertlər inflyasiyanın artması ilə əlaqədar alıcılıq qabiliyyətinə görə 100 min rubl və daha çox gəliri olan insanların sayında çox da artım olmadığını vurğulayırlar.

2014-cü ildə Rusiyada ən azı 100 min rubl gəliri olan insanların əhaliyə nisbəti 8 faiz təşkil edib.