Qanuni olaraq “fərdi iflasın” mümkün olduğu Rusiyada Moskva vilayəti ən çox iflasa uğrayan bölgə elan edilib.
Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, 2023-cü ilin yanvar-mart dövründə Rusiya üzrə 76 min insan müflis olduğunu elan edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz artıb.
Moskvada isə borclarını ödəyə bilməyərək iflas elan edənlərin sayı əvvəlki ilin eyni dövrünə görə yüzdə 45,5 artaraq 3630-a çatıb. Bu məsələdə Moskva 41,2 faizlə ikinci, Krasnoyarsk isə 33,5 faizlə üçüncüdür.
Başqırdısan (34,8 faiz) və Sverdlov (22,2 faiz) bu reytinqdə ilk beşliyi tamamlayırlar.
İqtisadi İnkişaf Nazirliyi rəqəmlərin artmasını onunla izah edir ki, vətəndaşlar indi məhkəmə müflisləşmə proseduru haqqında daha çox məlumatlıdırlar və bu ehtimala daha çox güvənirlər.