Yazını böyüt
Yazını kiçilt
SSRİ dağılandan bəri demoqrafik problemlər yaşayan Rusiyada son illər vəziyyət daha da kəskinləşib.
Hafta.az-ın Rusiya Federal Statistika İdarəsinə (RosStat) istinadən yazdığına görə, 2021-ci ilin yanvar-dekabr ayları arasında qalan 1 illik müddətdə ölkə əhalisi 1 milyon 40 min nəfər azalıb. Bu isə 2020-ci eyni dövrü ilə müqayisədə ölüm hallarının 15,1 faiz artdığını isbatlayır.
Məlumatda deyilir ki, 2021-ci ildə Rusiyada ümumilikdə 2 milyon 445 min nəfər (2020-ci ildə 2 milyon 124 min nəfər) vəfat edib. Yeni doğulanlar isə 2,3 faiz azalaraq 1 milyon 400 min nəfər (2020-ci ildə 1 milyon 430 min) olub.
Qeyd edək ki, 2020-ci ildə Rusiyada əhalinin illik azalması 688700 nəfər olmuşdu.
Beləliklə, xüsusilə də 2014-cü ildən etibarən ildən-ilə azalma faizinin artması nəticəsində Rusiyada rekord yeniləyərək 1 milyon nəfəri aşıb. Proseslər göstərir ki, Rusiyada əhalinin azalması hər il 90-100 min nəfər artır və beləliklə, 1 yanvar 2022-ci il tarixində Rusiyanın ümumi əhalisinin sayı 145 milyon 478 min nəfər olub.