Rusiyada yaşı 55-dən yuxarı olan vətəndaşların nisbəti ölkənin müasir tarixində ilk dəfə olaraq 30 faizə çatıb. Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, 2024-cü il yanvarın 1-nə ölkədə 34,6 milyon nəfər pensiya yaşından yuxarıdır və bu rəqəm ölkə əhalisinin 23,7 faizinə bərabərdir.
Hafta.az-ın yazdığına görə. lakin “Rosstat”ın proqnozlarına əsasən pensiya yaşının tədricən artırılması ilə 2030-cu ilə qədər bu rəqəmin 32,9 milyona düşə bilər. Bu yaş qrupunda kişi və qadınların nisbəti kifayət qədər balanssızdır: 65 yaşdan yuxarı hər 1000 kişiyə 1869 qadın düşür.
Artan yaşlı əhali əmək qabiliyyətli şəxslərin üzərinə düşən yükü artırır. 2016-cı ildə hər 1000 işçiyə 413 yaşlı insan düşdüyü halda, 2024-cü ilin əvvəlində bu rəqəm 471 nəfərə yüksəlib. Hazırda işçilərin orta yaşı 42-dir. Maliyyə Universitetinin ekspertləri bildirirlər ki, işəgötürənlər yaşlı işçi qüvvəsindən daha səmərəli istifadə etməlidirlər. Professor Aleksandr Safonov bildirib ki, hazırda təqaüd yaşında olan bir çox insan pərakəndə, xidmət sektorunda və istehsalatda işləməkdə davam edir.
Dövlət Dumasının Büdcə Komitəsinin üzvü Nikita Çaplin bildirib ki, əhalinin qocalmasını problemə deyil, fürsətə çevirmək lazımdır. Çaplin sosial siyasətlərin yaşlı əhaliyə uyğunlaşmalı və onların iqtisadi töhfələrini artırmaq üçün sistematik dəstəklər hazırlanmalı olduğunu vurğuladı. Bu kontekstdə, çevik iş tənzimləmələrinin, rəqəmsal savadlılıq təliminin və yaşlı vətəndaşlar üçün yeni karyera əldə etmə proqramlarının əhəmiyyətinə diqqət çəkilir.