Rusiyada gün ərzində 559 nəfər koronavirusdan ölüb

15:20 09.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxanların sayı 2,54 milyon nəfəri keçib.

Hafta.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 26 190 nəfər virusa yoluxub, 559 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 541 199 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 44 718 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 007 792 nəfər virusdan sağalıb, 488 689 nəfərin müalicəsi isə davam edir.