Rusiyada müharibəyə etiraz edənlər həbs edilib

23:24 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Rusiya şəhərlərində Ukraynada müharibənin dərhal dayandırılması tələbi ilə nümayişlər keçirilib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, polis etirazçıları həbs edib.

Onların arasında 80 yaşlı hüquq müdafiəçisi Svetlana Qanuşkina da var.

Paytaxtdan başqa digər şəhərlərdə də həbslər baş verib. Moskvada 1700, Sankt-Peterburqda isə 700 nəfər həbs edilib. Digər şəhərlərdə isə 1000-dən çox adam həbs edilib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 5200 nəfər qanunsuz kütləvi aksiyalarda iştirak edib.