Rusiyada sidr şərabından ölənlərin sayı 28-ə çatdı

09:15 07.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın qərbindəki Ulyanovsk bölgəsində etil spirtindən qat-qat zəhərli olan metil spirtindən hazırlandığı təsbit edilən sidr şərabı içənlərdən 28-i dünyasını dəyişib.

Hafta.az-ın yazdığına görə, dünən 5 ayrı bölgədə şərab içən 18 nəfərin öldüyü, onlarla insanın zəhərləndiyi bildirilib.

Qubernator Aleksey Russkih bölgədə “Mister Cider” (Mr. Cider) markalı içkinin 30 litrlik çəlləklərdə satıldığını və hadisədən sonra hamısının müsadirə edildiyini bildirib.

Son məlumata görə, Ulyanovskda 18, Samara vilayətində 7, Nijni Novqorodda 2, Udmurtiyada 1 nəfər ölüb.

Ölümlərə səbəb olan içkinin tərkibində yüksək dozada metanolla yanaşı etil biturat da aşkar edilib.

2016-cı ildə Sibirdə ucuz saxta içkidən 77 nəfərin ölümündən sonra Rusiya tərkibində yüksək miqdarda etil spirti olan mayelərin istehsalına və satışına nəzarət tətbiq edib. Amma evdə hazırlanmış spirtli içkilər ölkədə problem olaraq qalır. 2021-ci ildə 29 nəfər tərkibində metil spirti olan yerli istehsal içkidən dünyasını dəyişib.