İlin ilk iki ayında Rusiyada spirtli içki idxalı 79 milyon litrlə yeni rekorda imza atıb.
Hafta.az-ın "Kommersant"a istinadən yazdığına görə, ölkənin spirtli içki idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.
Şərab idxalı 23 faiz artaraq 63,37 milyon litr, sərt içki idxalı isə 25 faiz artaraq 15,65 milyon litr olub. Bunun 6,16 milyon litri viskidən ibarətdir. Viski idxalında artım sürəti 32 faizə çatıb. Konyak və brendidə bu nisbət 60 faizə qədər yüksəlir.
"Kommersant" içki idxalının son 5 ilin ən yüksək səviyyədə olduğunu yazıb.
Qəzetə danışan “WineRetail”ın nümayəndəsi Aleksanr Stavtsev bildirib ki, idxalçılar bu il rublun ucuzlaşması risklərini azaltmaq üçün sifarişləri artırıblar. AST-dan Leonid Rəfailov xatırladıb ki, bəzi idxalçılar sifarişlərini çatdırılma müddətinin uzadılması səbəbindən yalnız yanvar-fevral aylarında ala biliblər.