Rusiyada varlılar qorxu içində - PULLARINI ALMAQ ÜÇÜN QANUN HAZIRLANDI

19:34 17.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman zəngin ruslardan nağd pul çıxarmağı təklif edib.

Vasserman rusların "döşəklər altında" saxladıqları vəsaitlərə nəzarət etmək üçün qanun hazırlayıb. O, hesab edir ki, 1 milyon rubldan çox məbləğdə nağd pulu rubl və xarici valyutada saxlayan vətəndaşlar bu barədə vergi orqanlarına məlumat verməli və vəsaitlərin mənşəyini izah etməlidirlər.

Əks halda, onları bu yolla saxlanılan pulun ikiqat miqdarında müsadirə və cərimə gözləyir.
“Vətəndaşlar tərəfindən saxlanılan külli miqdarda nağd pul, bir qayda olaraq, iqtisadiyyatın kölgə və hətta “qara” sektorunda fəaliyyətin nəticəsidir və ona görə də xüsusi diqqət və nəzarət tələb edir”, - sənəddə deyilir.