Rusiyada senatorlar bombardman zonaları, dron hücumları və digər hərbi məlumatların mediada və internetdə yayımlanmasını qadağan edən qanun layihəsi hazırlayıblar.
Hafta.az-ın yazdığına görə, “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Federasiya Şurasının Konstitusiya Qanunvericiliyinin rəhbəri Andrey Klişasın şərhində, olacaq tənzimləmə ilə pilotsuz təyyarə hücumlarının videosunu yayanları həbs cəzası gözləyir.
Yeni qaydaya əsasən, paylaşılması qadağan ediləcək materiallar bunlardır:
-Rusiya Federasiyasının silahlı qüvvələrinin yerləşdirilməsi və başqa yerə daşınması;
-Hərbi infrastruktur haqqında məlumatlarıın açıqlanması;
- Yerini müəyyən etməyə, məhvolma faktını müəyyənləşdirməyə, onların zədələnməsinin xarakterini qiymətləndirməyə imkan verən kritik əhəmiyyət kəsb edən obyektlərin olması;
- Rusiya ərazisindəki bombardman yeri və ya mərminin düşdüyü yerlər göstərilməklə;
- Silahların, hava hücumundan müdafiə sistemlərinin, dronların və onların növünü, yerini, buraxılışını və ya uçuş yolunu müəyyən etməyə imkan verən digər xüsusi silahların istifadəsinin təsvirləri.
Məlumata görə, bu cür məzmunu paylaşan və ya yayanları həbs cəzası gözləyir. Qanun pozuntusu ilə dərc edilən məlumatlar “cəmiyyət və dövlət üçün təhlükəli olan qeyri-qanuni məlumat” hesab olunacaq. Qanunu pozanlar 500 min rubla qədər cərimə və ya üç ilə qədər həbs cəzası alacaqlar.
Müdafiə Nazirliyinin rəsmi şəkildə yaydığı video və görüntülər bu qanundan azad ediləcək.