Yazını böyüt
Yazını kiçilt
Rusiyadan araq idxalına qadağa qoyulduqdan sonra Avropa İttifaqı (Aİ) bu məhsulu daha çox ABŞ, Monteneqro və Ukraynadan almağa başlayıb.
Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatı xəbər verir ki, 2023-cü ildə ABŞ-ın Aİ-yə araq ixracı iki dəfədən çox artaraq 37,7 milyon avroya çatıb.
Beləliklə, bu ölkə Aİ-nin bir nömrəli araq tədarükçüsü olub.
Ötən il Aİ Monteneqrodan 15,2 milyon avro, Ukraynadan isə 3,8 milyon avro dəyərində araq idxal edib.
İngiltərə və Belarus da Aİ bazarına ən çox araq satan ölkələr sırasındadır.