Yazını böyüt
Yazını kiçilt
Vaqner hərbi qruplaşmasının üsyanından sonra iri rusiyalı sahibkarlar kütləvi şəkildə ölkədən qaçmağa baçlayıblar. Hətta, onların arasında hökumət üzvlərinin olduğu da deyilir.
“Biz izah edə bilərik” teleqram kanalının məlumatına görə, Moskvanın Vnukovo hava limanından özəl reyslərin həyata keçirildiyi barədə çoxsaylı məlumatlar var. Əksər milyarderlərin üz tutduğu ölkə isə Türkiyədir.
“Biz izah edə bilərik” teleqram kanalı hökumətin ən zəngin üzvü, baş nazirin müavini Denis Manturovun da Rusiyanı tərk etdiyini iddia edir.