Rusiyalı turistlər tətilə nə qədər pul xərcləyirlər?

10:00 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının 28 faizi tətil və səyahət üçün 30-50 min rubl (370-610 dollar) ayırır. Tətil büdcəsi 100 min rubldan (1220 dollar) çox olan rusların faizinin 21 faiz olduğu müəyyən edilib. Digər tərəfdən, 10 faiz səyahət üçün maksimum 20 min rubl ayıra bilər.

Hafta.az-ın “Onetwotrip”ə istinadən yazdığına görə, araşdırmada iştirak edən respondentlərin 12 faizi məzuniyyətə 80-100 min rubl, 13 faizi isə 20-30 min rubl xərcləmək imkanı olduğunu deyib.

Respondentlərin 70 faizi bilet və otel xərclərini əsas səyahət xərcləri kimi göstərib. Səyahət zamanı kafe və restoranlarda yemək yeyənlərin nisbəti 90 faiz, istirahətdə olarkən muzeylərə baş çəkən və ya xüsusi ekskursiyalar alanların nisbəti 78 faizdir.

Digər tərəfdən, alış-verişi tətilin ayrılmaz hissəsi kimi gördüklərini deyənlərin nisbəti yüzdə 62 faiz olaraq qalıb.