Rusiyada bütün sektorlarda böyük kadr çatışmazlığı olsa da, ən çox zərər çəkən sahələrdən biri İT (informatika) sektorudur.
Hafta.az-ın yazdığına görə, Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi Kommunikasiyalar Naziri Maksut Şadayev prezident Putinin hökumət üzvləri ilə görüşində bildirib ki, onlar Rusiyada informasiya texnologiyaları üzrə mütəxəssis çatışmazlığını 500-700 min nəfər arasında hesab edirlər.
Nazirin sözlərinə görə, sənayenin yüksək inkişaf sürətini saxlamaq üçün bu qədər ixtisaslı işçilərə ehtiyacı var. Şadayev, "Ötən il İT şirkətlərində çalışanların sayı 13 faiz artıb. Ümumilikdə Rusiyada İT sektorunda 740 minə yaxın insan çalışır. Amma bu, artan uçurumu aradan qaldırmaq üçün kifayət deyil" deyib.
Rusiya Ukraynaya qarşı hərbi hücumlara başlayandan sonra bir çox İT personalı ölkəni tərk edib uzaqdan işləməyə üstünlük verməyə başlayıb.