Yazını böyüt
Yazını kiçilt
Rusiyanın gəlirlərindəki böyük azalma və Ukraynada gedən müharibə ilə əlaqədar olaraq tətbiqlənən sanksiyalar səbəbindən yaranmış narahat vəziyyət ortaya çıxıb.
Hafta.az-ın RBC-nin dərc etdiyi cədvələ istinadən yazdığına görə, müvafiq olaraq, son bir ildə Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər yarıbayarı azalıb.
İyun ayında neft ixracından əldə olunan gəlirlər 11,8 dollara düşüb.
Son 1,5 ildə Rusiyanın neft gəlirləri 2022-ci ilin martında maksimum həddə - 22 milyard dollara çatıb. İlin sonuna qədər bu rəqəm 15 milyard dollardan aşağı düşüb.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2023-cü ilin iyun ayında gəlirlər 11,8 milyard dollara qədər azalıb.