Rusiyanın sərhəd oyunu - "KREMLİN XƏRİTƏLƏRİ ERMƏNİSTANIN XEYRİNƏDİR"

18:49 01.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Soçi görüşünün nəticələri ilə bağlı Ermənistan daxilində müzakirələr səngimək bilmir.
Hafta.az-ın məlumatına görə, Ermənistan Milli Assambleyasının keçmiş deputatı Artur Kazinyan öz Facebook səhifəsində yazıb ki, “Qarabağ problemi”nin yekun həlli bir sıra səbəblərə görə Rusiya üçün sərfəli deyil.

“Qarabağ probleminin yekun həlli bir sıra səbəblərə görə Rusiya üçün sərfəli deyil.
Rusiya faktiki olaraq yeni status-kvo təklif edir: bu, nə sülh, nə də müharibə anlayışıdır ki, mənim fikrimcə, ortamüddətli perspektivdə Ermənistanın və Qarabağ ermənilərinin maraqlarına uyğundur.
Rusiyanın cəhd etdiyi yeganə şey Ermənistanla Azərbaycan arasında sərhədi dəqiqləşdirməkdir - demarkasiya və delimitasiya. Və bu, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının əlində olan xəritələr əsasında aparılmalıdır.

Demarkasiyanın hansı xəritəyə əsasən aparılacağına Moskva öz maraqları çərçivəsində qərar verəcək. İnanıram ki, Ermənistanın xeyrinə”, Kazaryan yazıb.

Siyasət rubrikasından digər xəbərlər