Rusiyaya məxsus daha bir helikopter vuruldu 

21:22 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusu Kiyev yaxınlığında Rusiyaya məxsus daha bir helikopteri vurub.

 

Hafta.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksandr Pavliuk “Telegram” kanalında məlumat yayıb.

 

Qeyd olunub ki, “Ka-52” tipli helikopter Kiyevin Buça rayonunda vurulub.

 

Xatırladaq ki, Ukraynada indiyədək Rusiyaya məxsus 180-dən artıq qırıcı və helikopter zərərsizləşdirilib.