Sanksiyalar və iqtisadi problemlər üzündən avtomobil sənayesinin kəskin şəkildə gerilədiyi Rusiyada ümid istehsala qalıb. “Yerli avtomobillərin ən dəbdəbəlisi” olaraq təqdim edilən “Moskviç 3” markalı avtomobilin isidicili modelləri satışa çıxarılıb. Mütəxəssislər bununla bağlı “Qiymətinə dəyərmi?” deyib müzakirə açıb.
Hafta.az-ın Rusiya mətbuatına istinadən yazdığına görə, “Moskvic 3s” avtomobilinin ön oturacaqlarında isidici olan məhdud sayda benzinli avtomatik transmissiyalı modellər istehsal edilib. Bu modelin qiymətinin 2 milyon 250 min rubldan (27600 dollar) başladığı bildirilir. Qara kontrastlı tikişli ekoloji dəri ilə örtülmüş salonu olan “Comfort” modelinin ön oturacaqları isitməli, sürücü oturacağında isə elektrik tənzimlənməsi var.
"Moskvich 3" "Comfort" versiyasında da iki əlavə yan təhlükəsizlik yastığı mövcuddur.
Aparıcı avtomobil proqram istehsalçısı, ekspert İvan Zenkeviç News.ru-ya deyib ki, “Moskviç 3" pula dəyməz. "Mən Avropa avtomobillərini, hətta ikinci əl avtomobillərini almağı məsləhət görərdim. Hətta yeni "Volkswagen Polo"nun qiyməti 2,5 milyon rubl olduğu halda, "Moskvic 3" mövcud qiyməti ilə həddindən artıq bahadır", - Zenkeviç bildirib.
Qeyd Edək ki, “Moskviç 3” mexaniki sürət qutusu ilə 1,9 milyon rubl, elektromobil variantı isə 3,5 milyon rubla təklif olunur.