Rüstəm İbrahimbəyovun vida mərasiminin keçiriləcəyi yer açıqlanıb

17:42 14.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vida mərasiminin keçiriləcəyi yer açıqlanıb.

Hafta.az xəbər verir ki,bu barədə "Report"a Kinematoqrafçılar İttifaqından məlumat verilib.

"Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq", - İttifaqdan bildirilib.

Qeyd edək ki, mərhumun nəşi martın 15-də Bakıya gətiriləcək.