Saatlıda altıotaqlı ev yandı

09:15 18.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunda 6 otaqlı ev yanıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 192 m² (hər mərtəbəsi 96 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 62 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.