Saatlıda "Mercedes" yanıb

19:27 30.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunun Qazanbatan kəndində "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, nəticədə avtomobil yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.