Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti olacaq - VİDEO

21:57 11.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.

Hafta.az-ın xəbərinə görə, bu haqda “AzParking MMC”nin məlumatında bildirilib.

Bildirilib ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.

Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.

Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında: