Sabahın hava proqnozu

14:21 26.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 27-də  gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 0-3,  gündüz  6-8, Bakıda gecə 1-3,  gündüz  6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.