Braziliya prezidenti Jair Bolsonaronun tərəfdarı olan keçmiş deputat Roberto Cefferson, Rio-de-Janeyro ştatındakı Levi Qasaparyandakı evinə onu həbs etməyə gələn polisə əl qumbarası ataraq atəş açıb.
Hafta.az bildirir ki, Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes-i təhqir etdiyi üçün saxlanılan Cefferson əvvəlcə təslim olmaqdan imtina edib və evini 8 saat barrikadada saxlayıb. Daha sonra qumbara atan və tapança ilə atəş açan Cefferson 2 polisi yaralayıb.
Ceffersonun "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə həbs edildiyi bildirilir. Jefferson heç kimə xəsarət yetirmədiyini iddia edərkən, Bolsonaro hücumu pisləyərək keçmiş millət vəkilini "quldur" adlandırıb. Lakin Ceffersonun tərəfdarları onun azad edilməsini tələb etmək üçün evinin ətrafında toplaşıblar.