Sabirabadda 7 otaqlı ev yanıb

18:23 15.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sabirabad rayonunun Qəzli kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 7 otaqlı evin (tavanı və arakəsmə divarları qamışdan ibarət) yanar konstruksiyaları və bitişik ümumi sahəsi 70 m² olan talvarın taxta atmaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.